Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha da gücləndirəcək

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarındaan biri budur ki, biz birlikdə güclüyük. 

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya səfəri olsa da onların bu torpaqda bir araya gəlməsi qürurverici olmaqla yanaşı, özündə mühüm çağırışları ehtiva edir. Bu, türk dövlətləri arasında birliyin, qadaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatıdır. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında yer alan mühüm məqamlar, çağırışlar diqqət mərkəzindədir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara da diqqəti yönəltdi. Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan  hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon  dolları məbləğində vəsait köçürmüşdür. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalandı.

 YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın iqtisadi imkanlarına xüsusi diqqət yönəldərək əməkdaşlıq əlaqlərinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. 

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi də iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. İqtisadi əlaqələrdə enerji faktorunu nəzərə alsaq bu sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar xüsusi diqqətdən keçirilir. Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi ölkəmizin malik olduğu imkanların təqdimatı olacaq.

Vüqar Rəhimzadə bildirib ki, hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki,  Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan reallıqlarının, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin, 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin beynəlxalq iqtimaiyyətə çatdırılmasında öz sözünü deyir. Prezident İlham Əliyev Zirvə görüşünə ev sahibliyi edən Şuşanın, həmçinin digər ərazilərimizin  işğalından, Azərbaycan xalqının heç zaman işğalla barışmamasından, daim bu torpaqlara qayıtmaq arzularından geniş bəhs edərək hazırda işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, soydaşlarımızın Böyük Qayıdışının uğurla həyata keçirildiyini diqqətə çatdırıldı. Hazırda Füzuli, Laçın, Xocalı, Şuşa şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşublar. Bu gün Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir.

Vüqar Rəhimzadə bildirib ki, 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı,  2022-ci ilin  ölkəmizdə  “Şuşa İli”,  həmçinin  TÜRKSOY tərəfindən Şuşa şəhərinin  2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin,  türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan  Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir. Zirvə görüşündə liderlərin çıxışında da bu məqamlar xüsusi qeyd edildi ki, Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Belə bir əminlik də ifadə edildi ki,  birgə səylərimizlə  bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək.

YAP Xətai rayon təşkilatının sədri belə bir qənaəti diqqətə çatdırıb ki, imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir