“Qara qutu” oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gətiriləcək
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Ekspertlər dərhal “qara qutu”nun məlumatlarının öyrənilməsinə başlayacaq.
Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI