Qaluzin rəsmi Bakıya bəzi mətləbləri xatırlatdı

Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır və Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir.

turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, Bakıda “Rus Evi” və “Sputnik Azərbaycan”ın bağlanması fonunda ölkələr arasında münasibətlərə dair sualı cavablandırıb:

“Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin əhəmiyyətini anlayır. Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektrinə aid olan məsələlərdə liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini rəhbər tutacaqlar”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI