“Qərbin niyyəti İran və Rusiyanı Qafqazdan qovmaqdır”

“Ruslar müdrik olsalar, İran kimi Zəngzur dəhlizinə həssas yanaşacaqlar”.

turaninsesi.az” xəbər verir ki, bunu İran Prezident Administrasiyasının Mərasimlər üzrə bölməsinin rəis müavini, Azərbyacandakı keçmiş səfir Abbas Musəvi deyib.

O qeyd edib ki, Zəngzur dəhlizinin açılması transregional ölkələrə həssas Qafqaz regionuna qapı açmaq deməkdir. 

“İslam Respublikası bu dəhlizlə bağlı həmişə həssas olub, var və olacaq. Ümumən məsələ ilə bağlı fikir ayrılıqları var. Rəylərdən biri odur ki, dəhliz açılmalıdır, çünki kommunikasiyaların açılması Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanmış bəyanata daxildir. Aydın idi ki, İran kommunikasiyaların açılmasına qarşı çıxmayıb və çıxmayacaq”.

Sabiq səfir əlavə edib: “Həmin vaxt iki şərh bardı. Biri odur ki, bu marşrut Azərbaycan Respublikasına məxsus olmalı və Ermənistanın onun üzərində suverenliyi itirməlidir. Bundan əlavə, iddia edilirdi ki, Ermənistan razılaşmasa, Azərbaycan Respublikası güc yolu ilə marşrutu açacaq.

O vaxt təhlilimiz bundan ibarət idi ki, belə bir ehtimal mövcud deyil. Digər tərəfdən, bu marşrutu Ermənistanın özü açmalı və suverenliyə malik olmalıdır.

İndi bu, üçüncü bir şəkildə baş verir. Ermənistan marşruta nəzarəti ABŞ şirkətinə vermək istəyir ki, yolu o çəksin və bir əsrə yaxın istismar etsin”. 

Keçmiş diplomat bildirib ki, ən yaxşı həll bu məsələni 3+3 platformasında çözməkdir. Bundan əlavə, İran marşrutu həmişə açıqdır və Azərbaycan Respublikasının ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən yaxşı, ən təhlükəsiz və ən qısa marşrutdur”.

Məsud Pezeşkian administrasiyasının üzvü Rusiyanın Zəngəzur dəhlizinin işə salınması ilə bağlı mövqeyinə toxunaraq qeyd edib: “Ruslar haqqında bunu deməliyəm ki, onlar Zəngəzur dəhlizinin açılmasının tərəfdarı idilər və 2020-ci il müqaviləsinə əsasən düşünürdülər ki, bu dəhliz açılsa, vəziyyətə özləri nəzarət edəcəklər, lakin bu baş vermədi. Ruslar müdrik olsalar, İran kimi Zəngzur dəhlizinə həssas yanaşacaqlar.

Hər halda ruslar başa düşməlidirlər ki, Qərbin niyyəti eyni vaxtda həm İran, həm də Rusiyanı həyati əhəmiyyət kəsb edən Qafqaz bölgəsindən qovmaqdır və başa düşməlidirlər ki, yadlar bizi qovmazdan əvvəl biz onları özümüzə məxsus, evimiz olan bölgədən qovmalıyıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI