Qəbələdə liderlərin şərəfinə rəsmi nahar verildi

Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi nahar verilib.

turaninsesi.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.