Putinin növbəti hədəfi: FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR

Son zamanlar Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik davam edir.

turaninsesi.az” Rusiyadakı mənbələrə istinadən verdiyi xəbərə görə, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.

Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir. Sezar pizza

Adıçəkilən bazarda çalışan şəxslərin saytımıza verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.

Xəbərdarlıqda bildirilir ki, sənədləri qaydasında olmayan şəxslər bir müddət bazara daxil olmasın.

Soydaşlarımızın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan sonra bu ölkənin ordusuna dəstək məqsədiylə “Food City”də pulyığma kampaniyası keçirilib.

“Bazarın əsas sahibi olan Qod Nisanovun təşəbbüsü ilə gerçəkləşən bu kampaniya zamanı rus ordusuna milyonlarla vəsait köçürülüb. Pulun əsas hissəsi Qod Nisanovun olsa da bazarda çalışan minlərlə azərbaycanlı olaraq biz də bu təşəbbüsə qoşulduq” deyə soydaşlarımız əlavə edib.

Son proseslərdən narahat olan azərbaycanlılar bazarın sahibi olan Qod Nisanov və İlham Rəhimovdan kömək gözlədiklərini deyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI