Putinin Bakı səfəri İranı hərəkətə gətirdi – Zəngəzurla bağlı nə baş verəcək?
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ-ın hərbi cəhətdən Ermənistanda yerləşməsinə etiraz edib. İran bu bəyanatları verməyə davam edəcək. Amma İran-Ermənistan münasibətləri buna görə korlanmayacaq. İranın bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra baş verməsi onu göstərdi ki, bu məsələdə Moskva da öz narahatlığını İrana bir formada bildirib. Eyni zamanda İranda bununla bağlı bu şəkildə bəyanatla çıxış edib. Amma Tehran böyük ehtimalla təxmin edir ki, ABŞ-ın Zəngəzurdakı varlığı həmin dəhlizin açılmasının qarşısını almaqdır və bu baxımdan İranın da işinə yarayır.
“turaninsesi.az” xəbər verir ki , bu barədə açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, İran hər vəchlə bu koridorun qarşısının açılmasının tərəfdarıdır:
“ABŞ niyə Zəngəzurda yerləşməyə çalışır, çünki həmin dəhlizin Rusiya nəzarətində açılmasının qarşısını almaq istəyir. İran üçün əlverişli mövqe budur ki, bu dəhliz ümumiyyətlə açılmasın. Amma açılacaqsa, ABŞ nəzarəti altında yox, Rusiya nəzarəti altında olsun. Yəni İranın milli maraqlarına uyğun gələn həll yolu budur. Bu səbəbdən İranın bu şəkildə bəyanat verməyi gözlənilməzdir.
İranın dəhlizə qarşı çıxması ABŞ-a görə yox, ümumiyyətlə dəhlizin özünə qarşıdır. Bunu biz nəzərə almalıyıq.
İkinci məsələ Ermənistan necə qərar verəcəyidir. Yəni Ermənistan ABŞ hərbçilərinin regionda qalmasına qarşı çıxacaq, yoxsa yox? Mənim düşüncəm odur ki, əleyhinə çıxacaq. Yəni Ermənistan bir məqamdan sonra artıq həmin dəhlizin Rusiyanın nəzarəti altında açılmasına razılıq verəcəyini düşünürəm. Qənaətim bundan ibarətdir. Lavrovun bəyanatından sonra düşünürəm ki, Paşinyan müəyyən qədər dərs götürüb geri addım atacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI