Putin yenidən AZAL təyyarəsindən danışdı: “Bu, emosiyalar böhranı idi”

Ümumən AZAL-ın qəzası ilə bağlı vəziyyət aydındır; təfərrüatlar və incəliklər qalır.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz:
“Bilirsiniz, mən hətta deməzdim ki, dövlətlərarası münasibətlərdə hansısa böhranımız olub. Niyə? Əgər dövlətlərarası münasibətlərdə böhran olsaydı, biz ticarət-iqtisadi əlaqələrdə artım görməzdik. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Bunu həll etmək üçün bizə vaxt lazım idi”.
Putin ümid edir ki, ölkələr “səhifəni çevirib” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.
Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.
“Bu, məlum səbəblərə görə emosiyalar böhranı idi”.
Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır:
“Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumən hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”.
Arzu Paşaqızı