Putin: Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
“turaninsesi.az” xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib.
Putin bildirib: “MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm”.
O qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə razılaşma əsasında Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Aktauya uçub:
“Ümid edirik ki, yaralananlar tezliklə sağalacaq və əminəm ki, hərtərəfli təhqiqat aparılacaq. Biz bu faciə ilə bağlı bütün məsələlərdə aviasiya xidmətlərimizin işini razılaşdıracağıq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI