Putin: “Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb”

0

Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib.

Turanın səsi ”  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda deyib.

O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsi idi:

“Qarabağ öz müstəqilliyini elan edəndə bu müstəqilliyi heç kim, hətta nə qədər qəribə olsa da, Ermənistanın özü də tanımadı. Onlar Qarabağın müstəqilliyini tanımırdılar. Praqada Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıdı, sonra isə 2023-cü ilin əvvəlində Brüsseldəki analoji görüşdə eyni şeyi ikinci dəfə təkrarladı. Əminəm ki, indi – Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı bütün məsələlər həll olunandan sonra Azərbaycan Prezidenti humanitar məsələlərlə məşğul olacaq”.

Putin Ermənistanın hazırda Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını xatırladıb.

Qeyd edək ki, sentyabrın 28-də separatçıların rəhbəri Samvel Şahramanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna xitam verilməsi haqqında “qərar” imzalayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir