Putin: Moskva Bakı-İrəvan münasibətlərinin normallaşması üçün hər şeyi edir

0

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanması üçün hər şeyi edir.

turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin səfir etimadnaməsini təqdimetmə mərasimində deyib.

“Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ən yüksək səviyyədə sülh müqaviləsi, dövlət sərhədinin delimitasiyası və məlum üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə işlərə yardım göstərməyə davam edəcəyik”.

Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan liderləri arasında faydalı söhbətə də diqqətə çatdırıb:

“Mən Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRİKS sammitinin platformasından yararlanmasından və regionda davamlı sülh və millətlərarası harmoniyaya nail olunması ilə bağlı fundamental məsələlər ətrafında faydalı söhbət aparmasından məmnunluğumu ifadə etməyə bilmərəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir