Putin Əliyevə söz verdi: “Bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”

2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin qəzaya uğramasına obyektiv qiymət verilməli və fəlakətin əsl səbəbi açıqlanmalıdır.

turaninsesi.az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Bizim borcumuz, bir daha deyirəm, bu barədə əvvəldən razılaşmışıq, baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbini açıqlamaqdır”, – deyə o, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların başlanğıcında deyib. 

“Əlbəttə, Rusiya belə faciəvi hallarda təzminat təmin etmək üçün lazım olan hər şeyi edəcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, – Putin əmin edib.

Xatırladaq: 2024-cü il dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bakıdan Qroznıya uçan təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i dünyasını dəyişib. Təyyarə Qroznıda bir neçə dəfə eniş cəhdindən sonra Aktauya istiqamət alıb. O, Qazaxıstan hava limanına təxminən 3 kilometr qalmış qəzaya uğrayıb.

Arzu Paşaqızı