Prezidentin köməkçisi Baydenin müşaviri ilə Ermənistanla sülh danışıqlarını müzakirə etdi

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, – Prezidentin köməkçisi qeyd edib.

H.Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir.

“Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, – H.Hacıyev əlavə edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir