Prezident İlham Əliyev TDT-nin Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana gedib
Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçiriləcək 10-cu yubiley Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Respublikasına səfərə gedib.
“Turanın səsi ” xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI