Prezident İlham Əliyev Özbəkistan liderini Azərbaycana dövlət səfərinə dəvət edib
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib.
“Turanın səsi ” xəbər verir ki, dəvət Azərbaycan Prezidenti Özbəkistan liderinə zəng edərkən çatdırılıb.
Dəvət minnətdarlıqla qəbul olunub.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.