Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib 

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd edib. Rusiya ilə ikitərəfli münasibətlərin 2022-ci ildə də uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğuladı. Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan dövlətimizin başçısı əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən İqor Babuşkin Rusiya Federasiyasının Həştərxan vilayətinin ölkəmizlə əməkdaşlığının uğurla davam etdiyini deyərək, bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi, eyni zamanda, ixrac və idxal məhsullarının çeşidinin genişləndiyini diqqətə çatdırdı. Qonaq Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayaraq Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini məmnunluqla qeyd etdi.

Görüşdə Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, gələn il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Həştərxanda bir sıra tədbirlərin keçiriləcəyi bildirildi.

Söhbət zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Turanın səsi ” in xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir