Prezident göstəriş verdi: Zərərçəkənlərə yardım ediləcək
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra dövlət komissiyası yaradılıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.
Prezident Qasım-Jomart Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə hər cür yardımın göstərilməsi barədə göstəriş verib.