Prezident: “Dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib”

0

Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib. Bu, blokadanın olmadığını sübut edir.

Turanın səsi ” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.

Dövlət başçısı deyib: “Dekabrın 12-dən bu günədək, – bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir