Prezident: COP29-da ada dövlətlərin problemlərinə xüsusi diqqət yetiriləcək
Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcək.
“Turanın səsi ” xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbulu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI