Prezident: Albaniya ilə əlaqələrə böyük əhəmiyyət veririk

Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.

turaninsesi.az ” xəbər verir ki, bu fikir İlham Əliyevin albaniyalı vəzifədaşı Bayram Beqaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident, həmçinin məktubunda bildirib: “Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram”.

Dövlət başçısı əmin olduğunu bildirib ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.

Arzu Paşaqızı