Pezeşkianın bu sözləri azərbaycanlıları qəzəbləndirdi

0

“Fələstin başçılıq etdiyi hökumət üçün prioritetdirsə, o zaman Azərbaycan və Təbriz sənin üçün necənci yerdə dayanır?” 

Turanın səsi ” xəbər verir ki, bunu təbrizli sosial media istifadəçiləri İranın yeni Prezidenti Məsud Pezeşkiana müraciətdə yazıblar.

“Fələstin və qəzzalılar sənə səs verib prezident seçməyiblər, prioritetin sənə səs verənlərin problemlərinin həlli olmalıdır”, – Pezeşkianın Haniyə ilə danışığını əks etdirən informasiyaların şərh bölmələrində bildirilib.

Xatırladaq ki, İran prezidenti HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışığında Fələstinin onun üçün prioritet olduğunu, Qəzzada atəşkəs üçün səylərini artıracağını deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir