Paşinyanın növbəti hiyləsi – Görün, Azərbaycanı necə aldatmaq istəyir
Ermənistan hakimiyyətinin irəli sürdüyü “Dünyanın kəsişməsi” (Sülh qovşağı) layihəsi Azərbaycanın irəli sürdüyü qismən eksterritorial xarakterli Zəngəzur dəhlizi layihəni hansısa formada inkar etmək və ona cavab vermək məqsədi daşıyır. Lakin belə bir layihəni həyata keçirmək çətin olacaq, çünki Ermənistanın kifayət qədər kommunikasiyası yoxdur.
Bu sözləri “Spuntik”ə müsahibəsində rusiyalı politoloq, Siyasi Mədəniyyət Fondunun eksperti Andrey Areşev deyib.
Onun fikrincə, problem ondadır ki, Ermənistanda bu kommunikasiyaların özü əsasən yoxdur və ya “yeni doğulan” vəziyyətdədir.
“turaninsesi.az” xatırladır ki, son vaxtlar Ermənistanla Azərbaycan arasında sülh danışqıları birincinin məsuliyyətsizliyi üzündən dalana dirənib. İrəvan hər dəfə bir bəhanə taparaq, sülh müqaviləsini imzalamaqdan yayınır. Bu zaman Paşinyanın köməyinə yeni “ideyalar” çatır. Ermənistan hökuməti mənasız və məzmunsuz “ideyalar” irəli sürməklə vaxt qazanmağa çalışır.
Hesab edirik ki, həyata keçirilməsi çətin olan “Dünyanın kəsişməsi” (Sülh qovşağı) layihəsi də Paşinyanın növbəti analoji davranışıdır. Nikol ümid edir ki, yenə özünün məzmunsuz “ideyası” ilə bir qədər zaman qazana, danışıqlar prosesindən yayına biləcək. Amma anlamır ki, o, bu cür davranışları ilə Azərbaycanı deyil, özünü və yoxsulluq içində çapalayan Ermənistan əhalisini aldada bilər…
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI