Paşinyandan Zəngəzur dəhlizinə dair təklif: “Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik”

Biz Azərbaycana çox konkret təklif vermişik. Bu hətta təklif də deyil, bu, bizim fikrimizcə, həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini birmənalı şəkildə nəzərə alan məsələnin həllidir.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında rabitə yollarının açılması mövzusuna toxunaraq deyib.

“Biz təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə yük dəmir yolu əlaqəsi olsun, amma eyni prinsipə əsasən Yeraşxdan (Arazdəyən) Naxçıvan ərazisi ilə yük daşımaları həyata keçirilsin. Meqri, habelə beynəlxalq ticarət üçün Ermənistan Azərbaycan ərazisi ilə və beynəlxalq ticarət və ya yük daşımaları üçün Azərbaycan Ermənistan ərazisi vasitəsilə keçid əldə etsin.

Bu təklifin mühüm nüanslarından biri də ondan ibarətdir ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə bir müddət yükdaşımalarına başlaya bilərik, sonra vəziyyət daha uyğun olanda sərnişindaşıma haqqında düşünəcəyik. İndi açığını desəm, Azərbaycandan müsbət cavab gözləyirik. Təsəvvür edə bilmirəm ki, onlar bunu niyə rədd etsinlər, çünki hər iki tərəfin qaldırdığı məsələləri üçün həll yolu tapmışıq”, – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində müəyyən edilmiş prinsiplərə tam uyğundur və Azərbaycanın danışıqlar zamanı ifadə etdiyi gözləntilərə cavab verir: 

“Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz ünsiyyət Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI