Paşinyandan Bakıya gözlənilməz təkliflər: ATƏT-in Minsk qrupu ləğv edilsin
Ermənistanın baş naziri Nikol Paşinyan regionda sabitliyin və sülhün bərqərar olması məqsədi ilə Azərbaycana bir sıra təkliflər irəli sürüb.
“turaninsesi.az” xəbər verir ki, o, sosial şəbəkədə yazıb:
“Ermənistan Respublikasının regionda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması ilə bağlı təklifi göz qabağındadır: qarşılıqlı olaraq eskalasiya ritorikasından çəkinmə, delimitasiya prosesini davam etdirmə, 90% hazır olan sülh sazişi imzalama və ATƏT-in Minsk qrupunun ləğv etmə”.
Paşinyanın sözlərinə görə, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə əlaqəni təmin edəcək “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizmin tətbiqi, həbsdə olan şəxslərin probleminin həlli və və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv iş aparılması, Ermənistanın Ermənistan ərazisindən keçməklə, Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etmək lazımdır.
Bundan əlavə, baş nazirin sözlərinə görə, beynəlxalq məhkəmələr də daxil olmaqla, irəli sürülən qarşılıqlı tələblərdən imtina etmək, qarşılıqlı silahlara nəzarət, kvota və onlardan istifadəyə məhdudiyyətlər üzrə danışıqlar mexanizmini, qaçqınlar və ümumi olaraq hər iki ölkədən sülhün bərqərar olmasından sonra ortaq peşəkar ekspert komitəsi formalaşdırmaqla bağlı məsələlər müzakirə edilməlidir..
Paşinyan, həmçinin bəyan edib ki, “Ermənistan Respublikasının döyüşə hazır orduya malik olmaq hüququnu şübhə altına almaqla rəsmi Bakı Ermənistan Respublikasına qarşı maneəsiz təcavüz etmək imkanı əldə etməyə çalışır”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Onlardan başqa Minsk qrupuna Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Türkiyə, Finlandiya və İsveç daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI