Paşinyan Zəngəzur və Dərələyəzin Azərbaycana veriləcəyini elan etdi – SENSASİYA
“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur – red.) və Vayots Dzorun (Dərələyəz mahalı – red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu”.
“turaninsesi.az” xəbər verir ki, bu iddia ilə erməni ekspert Edqar Qazaryan deyib.
O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:
“Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, bu təşkilata mütaciət etməyəcəyik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2024-cü ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Sünikdən çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Tiqaranaşen (Kərki-red.) yaxınlığında yerləşirdi”.
Qazaryan xatırladıb ki, Ermənistan Rusiyaya Qafanda konsulluq açmağa icazə vermir. O bunu guya sözügedən “ərazilərin təhvilinə indidən şərait yaratmaq” kimi təqdim etməyə çalışıb.
“Paşinyanın son çıxışı məhz bunun elanı idi”, – deyən E.Qazaryan dolayı yolla Ermənistanın təxribata hazırlaşdığını etiraf edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI