“Paşinyan təslim olmağa hazırlaşır” – Amerikadan ŞOK İDDİA

0

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əsas vasitəçiyə çevrilməyə və Moskva-Bakı-İrəvan üçtərəfli danışıqlar formatına qayıtmağa çalışır.

Turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

“Yanvarın 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Qərb ölkələri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur, Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar Qərbin səylərindən daha perspektivlidir”, – təhlildə qeyd olunur.

ISW xatırladır ki, bundan əvvəl Lavrovun müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və üçtərəfli danışıqlar formatının aktivləşdirilməsini müzakirə edib.

“Rusiya mənbələri hesab edirlər ki, Qaluzinin Arutyunyanla görüşü Ermənistan Baş naziri Nikol Paşinyanın təslim olmaq və Moskvanın önündə baş əymək istəyinin sübutudur. Rusiya diplomatik tələyə çevrilə bilər”, – ISW vurğulayır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir