Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq?

0

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. Onun  sözlərindən belə məlum olur ki, Paşinyan danışıqları ikitərəfli formatda aparılması niyyəti güdür.

Paşinyan, həqiqətən, Azərbaycanla birbaşa sülh danışıqlarının tərəfdarıdır?

turaninsesi.az” xəbər verir ki , mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, baş nazir Rusiyanın prosesdə iştirakını istəmir:

“Nikol Paşinyanın kənar vasitəçilərin prosesə qatılmasını istəmədiyini düşünmürəm. O, sadəcə olaraq, Rusiyanın prosesdə iştirakında maraqlı deyil. Məhz özünün mətbuat konfransında da bildirmişdi ki, Rusiya prezidenti ilə telefon danışığında ikitərəfli formatın daha effektiv olacağını nəzərə çatdırıb. Eyni zamanda, baş nazir qeyd edib ki, başqa formatlarda olan görüşlərə etiraz etmir.

Digər tərəfdən, iyul ayının 20-də Londonda Böyük Britaniyanın təşəbbüsü ilə keçiriləcək üçtərəfli görüşdən yayındığı üçün Paşinyana ciddi təzyiqlər var. Bununla bağlı Paşinyana qarşı etiraz və təhdidlər səsləndirildi. Bu baxımdan Ermənistan baş naziri özünə ünvanlanan tənqidlərdən sığortalanmaq və doğrudan da sülh istədiyini nümayiş etdirmək üçün sərhəddə ikitərəfli görüşün keçirilməsinə razı olduğunu və bu təkliflə çıxış etdiyini qeyd edir”. 

Politoloqun fikrincə, hazırda danışıqlara ən böyük əngəl, xaricdən İrəvana olunan siyasi diktələrdir:

“Təbii ki, bu daha çox beynəlxalq ictimai rəyə oynamaq cəhdləridir. Amma doğrudan da Nikol Paşinyan buna hazır olacaqsa, niyə də görüş keçirilməsin?! Azərbaycan onsuz da buna hazırdır. İkitərəfli formatda danışıqların aparılması təklifini də ilk olaraq Azərbaycan vermişdi.

Paşinyan son çıxışında ikitərəfli formatın effektiv olması və bu daha yaxşı nəticələrin əldə edilmə ehtimalı onun deməyə əsas verir ki, o da Azərbaycanın bu təklifini qəbul edir. Lakin işin ən problematik tərəfi ondan ibarədir ki, İrəvan, çox təəssüf ki, müstəqil siyasət iqtidarında deyil. Ermənistan daha çox kənardan, daha dəqiq desək, Qərbdən verilən təlimatlar əsasında hərəkət edir. Bu isə bölgədə sülh prosesini əngəlləyən əsas amillərdən biridir”.

Nazim Hacıyev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir