Paşinyan hökuməti xarici kəşfiyyat üçün vəsait ayırdı

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) binasının bir hissəsindəki şərait yaxşılaşacaq.

turaninsesi.az” xəbər verir ki, dekabrın 12-də keçirilən hökumət iclasında XKX-yə 49,8 milyon dramın ayrılması barədə qərar qəbul edib.

Bu qərar nəticəsində xidmətdə tikinti işləri aparılacaq, qeyri-maddi əsas vəsaitlər və nəqliyyat vasitələri alınacaq.