Paşinyan Əliyevlə görüşdən buna görə qaçıb – ŞOK SƏBƏB
Burada əsas məsələ budur: Nikol Paşinyan imkan daxilində Rusiyanı sıxışdırmağa çalışır. Ermənistanın baş naziri və onun Qərb tərəfdaşları hesab edirlər ki, dəhliz məsələsi (Zəngəzur dəhlizi – red.) ortaya çıxsa, Rusiya tərəfi ona nəzarət etməməli və ya ona yaxın ərazidə yerləşməməlidir. Ona görə də hesab edirəm ki, Rusiyanın Zəngəzurdan çıxarılması qərara alınıb.
“turaninsesi.az” xəbər verir ki, bu sözləri erməni polittexnik Vigen Akopyan yerli mediaya geniş müsahibəsində Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci il tarixinə qədər çıxarılması qərarını şərh edərkən deyib.
O, Nikol Paşinyanın Azərbaycan lideri ilə Rusiya platformasında görüşdən qaçmasının səbəbini bu cür izah edib:
“Rusiya platformasında danışıqların əsas mövzusu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin (Zəngəzur dəhlizinə Rusiya Sərhəd Xidmətinin nəzarəti – red.) həyata keçirilməsidir. İndi Rusiya üçün Ermənistan-Azərbaycan danışıqları kontekstində ən mühüm vəzifə, məlum olduğu kimi, kommunikasiyaların açılmasına aid olan bu məqamın aktuallığını saxlamaqdır. Ona görə də Rusiya rəsmiləri daim deyirlər ki, bütün məsələlərin həlli üçtərəfli razılaşmalar çərçivəsində aparılmalıdır. Bu mənada 9-cu bənd məsələsi qaldırılanda Paşinyan böyük diskomfort yaşayır. Fikrimcə, bu konkret məqamın yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq, marşrut məsələsi hazırda ən vacib problemdir, xüsusən də amerikalıların irəli sürdüyü “Orta dəhliz” fonunda”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI