Paşinyan Davosda çıxış etdi: “Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq”

Biz balanslaşdırılmış və ədalətli xarici siyasət yürütmək qərarına gəldik. Bu o deməkdir ki, Avropa İttifaqı və Rusiya ilə münasibətlərimizdə balans yaratmağa çalışacağıq.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı bəyan edib.

O əlavə edib ki, ölkə hakimiyyəti regional güclərlə balanslaşdırılmış münasibətlər yaratmağa çalışır.

“İranla əlaqələrimiz çox önəmlidir. Türkiyə ilə diplomatik əlaqələr qurmağa, Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq. Bu, əlbəttə, asan deyil. Digər tərəfdən, bunun qeyri-mümkün olduğunu düşünmürəm.

Bəli, Avropa İttifaqı ilə yaxınlaşmaq qərarına gəldik, lakin çox fəal şəkildə mövqeyimizi İranla, Rusiya və bütün tərəfdaşlarımızla öz mövqeyimizi çox fəal şəkildə bölüşməyə çalışırıq.

Çoxlu çağırışlar və çoxlu təhdidlər var, lakin digər tərəfdən, bu, çox böyük dəyişikliklər dövrüdür. Aydın və göz qabağındadır ki, dəyişiklik dövrləri özü ilə böyük təhlükələr gətirir, lakin həm də nəhəng imkanlar da yaranır və biz təhdidləri idarə etməyə və fürsətlərdən istifadə etməyə çalışırıq”.

Paşinyan qeyd edib: “Lakin balansı unutmamalıyıq, çünki onun itkisi təkcə ölkənin deyil, regionun təhlükəsizliyi və sabitliyi, eləcə də qlobal sabitlik baxımından çox ciddi nəticələrə səbəb ola bilər. Düşünürəm ki, balans ən vacib şeydir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI