Paşinyan: Azərbaycanla müharibə üçün əsas yoxdur

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq – bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.
“turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.
O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.
Baş nazir sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.