Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın vacibliyini vurğulayıb

0

“Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlər saxlayır. Eyni zamanda, İrəvanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur. Bunu dəyişdirmək lazımdır”.

Turanın səsi ”  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

Paşinyan qonşularla dostluğu ölkənin xarici siyasətinin əsas məqsədi adlandırıb:

“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.

O, əlavə edib ki, bir sıra praktik və psixoloji problemlər üzündən Ermənistan cəmiyyəti üçün bu ismarışı həzm etmək asan deyil.

Ermənistan hökumətinin başçısı bildirib ki, ölkəsi Rusiya ilə əməkdaşlıq etməklə Qərbin sanksiyalarından yayınmağa çalışır.

“Ancaq sanksiyalar qırmızı xətdir. Biz bunu Rusiyaya çox açıq şəkildə deyirik: sizə zərər vermək istəmirik, lakin sanksiyalara məruz qalmağa imkanımız yoxdur”, – baş nazir qeyd edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir