Pakistan qırıcıları Bakıya gəldi

Pakistanın “JF-17 Thunder” qırıcıları Bakıda keçiriləcək hərbi paradda iştirak edəcək.

turaninsesi.az ” xəbər verir ki, Pakistanın informasiya və teleradio yayımları naziri Attaulla Tarar bildirib ki, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus “JF-17 Thunder” qırıcı təyyarələri Bakıda keçiriləcək Zəfər Günü hərbi paradında nümayiş etdiriləcək.

Nazir çıxışında iki ölkə arasında qardaşlıq münasibətlərinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayaraq, “Yaşasın Pakistan və Azərbaycan dostluğu!” – deyib.