Özbəkistan Prezidenti iqlim sammitində iştirak etmək üçün Azərbaycana gəlib
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
“turaninsesi.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər qarşılayıblar.