Ovannisiyan: Nəticələr hələ ki yoxdur

Sənəd yekunlaşmadığından təfərrüatları açıqlaya bilmərik, amma əsas ideya “Sülh kəsişməsi” layihəsinə uyğun yolların açılmasıdır.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O, Ararat Mirzoyanın Azərbaycan tərəfinə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair təkliflərin, o cümlədən sadələşdirilmiş prosedurlara dair danışıb:

“Bu məsələdə qeyri-adi elementlər yoxdur və söhbət kommunikasiyaların açılmasından gedirdi. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlara total nəzarət qorunub saxlanılsın”.

Ovannisyan əlavə edib: “Son vaxtlar Azərbaycan rəsmiləri ilə çox intensiv görüşlər oldu, amma hələ ki, nəticələr barədə danışa bilmərəm”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir