Orban: “Macarıstan Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”
“BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) kimi təşəbbüslər Qərblə Şərq arasında əlaqələri təmin edir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışında deyib.
“Macarıstan təkcə enerji sektorunda deyil, həm də digər sahələrdə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir. Çox sayda Macarıstan şirkəti Azərbaycana sərmayə qoyur”, – o vurğulayıb.
Onun sözlərinə görə, Avropa hazırda miqrasiya böhranı, pandemiyanın nəticələri, enerji böhranı və Yaxın Şərqdəki gərginlik kimi bir sıra problemlərlə üz-üzədir.
Bu mənada Macarıstanın Baş naziri ölkələr arasında müxtəlif platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb: “Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə qardaşlıq əlaqələri qururuq”.