“Ölkəmizə qarşı qara piar kampaniyası iflasa uğradı” – RƏY

0


“Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə həm də Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaradılması cəhdləri iflasa uğradı. Bir daha sübut olundu ki, Azərbaycan Cənubi Qafqazda Avropa ilə əməkdaşlığı ən yüksək səviyyədə qurmuş ölkədir”.

Turanın səsi ” xəbər verir ki , bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirib:

“Hazırda Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Rusiya-Ukrayna müharibəsinin başlanması Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb”.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında alternativsiz mənbəyə çevrildiyini deyən deputat qeyd edib ki, Avropa dövlətlərinin prezidentləri beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevi Avropada ən çox sevilən dövlət başçısı hesab edirlər.


“Azərbaycan yaşıl enerjisini Avropaya ixrac etməklə bu qitənin həyatına yeni imkanlarla daxil olur. Bu gün Bakıda baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərinin 1-ci iclaslarında müzakirə olunan məsələlər də Azərbaycanın Avropa üçün çox önəmli ölkə olduğunu sübut edir”.

“Bəzi Qərb dairələri və xüsusilə erməni lobbisi tərəfindən guya Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltməyə cəhdlər edilir, Azərbaycana qarşı qara piar kampaniyaları təşkil edilir, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü yaratmağa çalışılır. Amma onlar nə qədər dəridən-qabıqdan çıxsalar da bütün cəhdləri iflasa uğrayır və Azərbaycana qarşı həyata keçirmək istədikləri qara planlar özlərinə qarşı çevrilir. Avropa təkcə Fransadan ibarət deyil. Avropanın digər ölkələri Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Bütün dünya Ermənistanın işğalçı mahiyyəti haqqında xəbərdardır. Bu gün Ermənistanın qurduğu ağlaşmaların da nə məqsədlərə xidmət etdikləri dünya ictimaiyyətinə məlumdur. Reallıqda isə Azərbaycanın dostlarının sayı günü-gündən artır, Ermənistan isə yenidən təklənir və bütün sahələrdə iflasa uğrayır” , A.Badamov vurğulayıb.

⤵️

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir