NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını Slovakiyanın səfirliyi həyata keçirəcək

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici funksiyasını Slovakiya səfirliyi həyata keçirəcək.
“turaninsesi.az“-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüşündə bildirilib.
Slovakiya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi və Azərbaycan Prezidenti dəvəti qəbul etdi.