Narışki Bakıda kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşüb – RƏSMİ

Əfqanıstanın hazırkı hakimiyyət orqanlarının beynəlxalq səviyyədə tanınması qaçılmazdır, lakin hazırda buna Qərbin ölkədə qeyri-sabitliyi saxlamaq istəyi mane olur.

turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin deyib.

Bu barədə SVR-in mətbuat bürosu məlumat yayıb.

Narışkin 2025-ci il aprelin 17-18-də Bakıda səfərdə olub və burada “Əfqanıstan: regional əlaqə, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

O, Azərbaycanın Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, eləcə də digər kəşfiyyat orqanlarının rəhbərləri ilə danışıqlar aparıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI