Mövlud Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”
“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir:
“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.
O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:
“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI