Mirzoyandan Bakıya ismarış: İmzalanma yeri və vaxtını müəyyənləşdirək

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək üçün mümkün qədər tez məsləhətləşmələrə başlamağa hazır olduğunu təsdiq edir.

turaninsesi.az” xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də öz mövqeyini bildirib:

“Müəyyən ilkin şərtlər var. Mövzulardan biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur. Doğrudan da, imzalanmış sənəd ortaya çıxanda münaqişəyə son qoyulacaq. Məntiqlə bu münaqişə ilə bağlı hər hansı strukturun olmasına ehtiyac qalmayacaq”.

Mirzoyan qeyd edib ki, ATƏT Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri paralel getməlidir:

“Eyni vaxtda iki sənəd imzalana bilər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI