Mirzoyan rəsmi Bakıya son təklifləri İstanbulda sadaladı

0

Biz Azərbaycana iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam riayət etməklə, dəmir yolu infrastrukturunun yenidən işə salınmasını, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsini, müəyyən əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək yollarını təklif etmişik.

turaninsesi.az” xəbər verir ki, bunu oktyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məşvərət platformasının nazirlər görüşündə çıxışı zamanı deyib.

“Ermənistan bu məsələdə səmimi şəkildə maraqlıdır və BMT Nizamnaməsinin prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və siyasi müstəqillik prinsipləri əsasında regional kommunikasiyaların inkişafına və qonşuları ilə münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini dəfələrlə nümayiş etdirib”, – deyə Mirzoyan vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir