Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə bağlı paylaşım edib.
“Turanın səsi ” xəbər verir ki, Əminə Ərdoğan ilə birgə fotosunu paylaşan Mehriban xanım Əliyeva qeyd edib: “Əziz bacım Əminə Ərdoğanı Bakıda görməyimə şadam! Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Bizim birliyimiz, bizim gücümüz məhz bundadır! Uca Tanrı xalqlarımızı qorusun!”.