MDB liderləri gələn ay bir araya gələcək – Putin

MDB ölkələrinin liderləri ənənəvi olaraq dekabrın sonunda bir araya gələcək və 2025-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəklər.

turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya lideri Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində deyib.

“Əlbəttə, mən Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycanın səfirlərini burada görməyə şadam. Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə bu yaxınlarda, oktyabrda Moskvada MDB sammiti zamanı görüşdük. Ənənəvi olaraq, ilin yekunlarını və gələcək üçün planları müəyyən etmək üçün dekabrın sonunda toplaşacağıq və 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü birgə qeyd edəcəyik”, – deyə Vladimir Putin vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir