Məsud Pezeşkianın Azərbaycana gələcəyi tarix bəlli oldu

İran prezidenti Məsud Pezeşkian aprelin 27-də Azərbaycana səfər edəcək.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Azad İran” İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoəzzenə istinadən xəbər verir.

Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.

“Bu səfər zamanı ölkənin şimal-qərbinin 4 valisi heyətinin tərkibində olacaq”, – deyə Pirmoəzzen əlavə edib.

O vurğulayıb ki, Azərbaycan Respublikası ilə quru nəqliyyatı üçün Astara və Biləsavar sərhədlərinin açılması zəruridir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI