“Məsud Pezeşkian üçün Zəngəzur dəhlizi xırda məsələdir”

İranın hazırkı prezidenti “Zəngəzur dəhlizi”nin açılmasını xırda məsələ hesab edir.
“turaninsesi.az” armenian news-a istinadla xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan deyib.
O qeyd edib ki, İranda ciddi hadisələr baş verir və bu gün ölkənin siyasi elitası iki yerə bölünüb:
“Prezident Pezeşkian başda olmaqla islahatçılar artıq “Zəngəzur dəhlizi”nin açılmasına o qədər də etiraz etmirlər. Üstəlik, Pezeşkian bir neçə gün əvvəl çox qalmaqallı açıqlama verib və deyib ki, İranın şimal-qərb sərhədində marşrutların bərpası xırda məsələlərdir və narahat olmağa dəyməz. Yəni İran prezidenti “Zəngəzur dəhlizi”nin açılmasını əhəmiyyətsiz məsələ hesab edir”.
Ekspert qeyd edib ki, Aki Rəhbərin komandası və İslam İnqilabı Keşikçiləri Korpusu əks mövqe tutur. Onlar Məsud Pezeşkianı kəskin tənqid edir və dəhlizin açılmasının İran üçün dağıdıcı nəticələrinə işarə edir.
Beləliklə, bizim artıq bu məsələdə vahid İran mövqeyimiz yoxdur. Pezeşkianın Şuşaya səfəri də bu kontekstdə rəmzi xarakter daşıyır”.
“Təəssüf ki, İranın bu məsələdə diplomatik səyləri ciddi deyil. Nə hərbçilər, nə də ruhanilər bununla razılaşmırlar”, – deyəb Balasanyan qeyd edib ki, İranda müəyyən siyasi təlatümlər müşahidə olunacaq. Axı onların Konstitusiyasına görə, son qərarı Ali Rəhbər verir və fikir ayrılığı yaranarsa, yeni prezident seçkiləri mümkün olacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI