Məsud Pezeşkian qonşu ölkələrdən üzr istədi
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.
“turaninsesi.az ” ISNA-ya xəbər verir ki, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
“Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq”.
“Bölgə ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı qüvvələrimiz ölkənin şərəfini müdafiə etmək üçün müstəqil şəkildə hərəkət edib.
Qeyd-şərtsiz təslim olacağımızı düşünənlər bu xəyallarını məzarlarına aparmalıdırlar. Ölkəmizi bu böhrandan çıxarmaq üçün sona qədər möhkəm dayanacağıq.”, – deyə İran Prezidenti əlavə edib.
Arzu Paşaqızı