“Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq” – Paşinyan

“Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarını geri götürməyə hazırdır”.

turaninsesi.az” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə verdiyi müsahibəsində bildirib.

Paşinyan sülh müqaviləsi imzalanan zaman iddiaları geri götürməyi məntiqli adlandırıb.

“Burada iki nüans var. Onlardan biri ondan ibarətdir ki, beynəlxalq forumlarda müzakirə olunan müəyyən humanitar məsələlərin ikitərəfli formatda həlli üçün aydın perspektiv olmalıdır, ikincisi isə, aydın olmalıdır ki, digər məsələlər üzrə mübahisələr beynəlxalq platformalar formatından aradan qaldırıldıqdan sonra tərəflər artıq eyni məsələləri gündəmə gətirməməli və ikitərəfli münasibətlərin gündəmini gərginləşdirməməli, onları daimi eskalasiya mənbəyinə çevirməlidir”, – Paşinyan bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI