Liderlərin görüşü Alyaskada keçiriləcək

Alyaskada keçiriləcək sammit zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp əsas diqqəti Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanmasının müzakirəsinə yönəldəcəklər.

turaninsesi.az” interfax-a istinadla xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, ölkələrimizin iqtisadi maraqları Alyaskada və Arktikada kəsişir və irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri görünür:

“Şübhəsiz ki, prezidentlərin özləri Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər”.

Bundan əvvəl Kreml Putinlə Trampın görüşünün Amerika prezidentinin xəbər verdiyi kimi avqustun 15-də Alyaskada baş tutacağını təsdiqləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI