Lavrovdan Bakı və İrvana: Ya hə, ya yox
“Cənubi Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir”.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib: “Bəyan edirlər ki, Aİ missiyası Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil. Məhz buna görə də “3+3″ Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır”.
Lavrov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışıb: “İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəlib və aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox”.